Erməni terrorunun 36-cı ili: THY-nin ofisi bombalandı, 8 nəfər öldü


10:47     15 İyul 2019 19_07_15_1563173127.jpg


Tarix boyu terrorçuluğundan əl çəkməyən ermənilər zaman-zaman bu fəaliyyətini açıq şəkildə reallaşdırmaqdan belə çəkinməyib.

Femida.az-ın məlumatına görə, bu təşkilatların başında gələn "ASALA"-nın Parisdə Türkiyə Hava Yollarının ofisini bombalamasından 36 il ötür.

1983-cü il iyulun 15-də həmin terror hücumu zamanı 8 nəfər ölmüş, 60 - a yaxın şəxs yaralanmışdı.

“ASALA” müstəqil Ermənistan dövləti qurmaq, qondarma "erməni soyqırımı" iddialarını Türkiyə hökumətinə qəbul etdirmək, Türkiyəyə təzminat ödətdirmək və “Böyük Ermənistan” layihəsini reallaşdırmaq üçün mübarizə aparıb. Ancaq etdikləri hücumlara baxmayaraq, heç zaman qardaş Türkiyənin əzmini qıra və arzularını reallaşdıra bilməyiblər.

1983-cü il 15 iyul tarixində Parisdə törədilən faciə dəhşətli idi. Orly Havalimanında baş tutan qətliamda 8 nəfər öldü, 52 nəfər isə yaralandı. İstanbula getməli olan ikisi Türk, biri amerikan, biri isveçli ve dördü də fransız olmaqla səkkiz sərnişin oradaca can verdi. Əslində “Orly qətliamı” “ASALA” – nın fəaliyyətinin zəifləməsinə və tədricən dağılmasına səbəb oldu. Erməni millətçi qurumlarının Fransadakı fəaliyyətinə son verildi ve bu qətliam “ASALA” – nın terrorçu qrup kimi tarixdən silinməsinə gətirib çıxardı.

Həmin faciənin təşkilatçısı Garabedyan 2001-ci ildə erməni diasporasının da təsiri ilə azadlığa buraxıldı və Ermənistan Baş Naziri Andranik Markaryan tərəfindən Ermənistanda böyüktəntənə ilə qarşılandı. Bu fakt isə Ermənistanı terrorizmi dəstəkləyən, onun bir terrorçu dövlət olduğuna daha bir sübutdur!

“Orly” faciəsinin daha bir təşkilatçısı Molte Menkonyan olub. O, terror aktının günahkarlarından biri kimi qəbul edildi və ona 6 il müddətinə həbs cəzası verildi. Onun həbsinə cavab olaraq “ASALA” Fransada bir neçə terror aktı törətdi. Nəticədə Melkonyan müəmmalı şəkildə həbsdən azad edilərək Livana deportasiya olundu. Sonradan Dağlıq Qarabağa gələn Melkonyan qəhrəmanımız Asəf Mütəllimov tərəfindən məhv edildi. Asəf Mütəllimov 708-ci motoatıcı briqadanın əskəri idi.

Ümumiyyətlə, “ASALA” 10 il boyunca 21 ölkədə 110 silahlı hücum reallaşdırıb və 42 türk diplomatını öldürüb.

Femida.az

Açar sözlər: #THY   #Türkiyə   #ASALA   #Ermənistan   #terror  

Oxunub: 12694