XİN-in sabiq əməkdaşlarının şikayəti təmin edilməyib


11:08     15 İyul 2019 Mehkeme-zali-qandalli.jpg

Bakı Apelyasiya Məhkəməsində Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı onlardan artıq pul almaqda təqsirləndirilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin beynəlxalq hava limanındakı viza şöbəsinin sabiq 3-cü katibi Elton Xəlilli və Nazirliyin digər keçmiş əməkdaşı Anar Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.



Femida.az-ın məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2018-ci il yanvarın 26-da Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilib. Dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin (DSX) Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlu da cinayət başında saxlanılıblar.

Xəzər Rayon Məhkəməsinin hökmü E.Xəlilli 1 il 2 ay və A.Quliyev isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onların cəzaları həbs edildiyi gündən hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan məhkumlar barələrində bəraət hökmünün çıxarılması ilə əlaqədar apelyasiya şikayəti veriblər.

Femida.az

Açar sözlər: #Hökm   #Hakim   #Məhkəmə   #Həbs  

Oxunub: 522