44 minlik oğurluq edən Abbasovlar saxlanıldı


11:22     15 İyul 2019 hebs99.jpg

Polis oğurluqda şübhəli bilinən paytaxt sakinlərini saxlayıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 1-dən iyulun 13-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən 44500 manat dəyərində yuyucu toz oğurlamaqda şübhəli bilinən, həmin mağazada işləyən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət  

Oxunub: 453