Bakıda qonşular arasında donuza görə dava düşüb - VİDEO


11:35     15 İyul 2019 2019/07/donuz-davasi3_1563176214.jpg

Qonşular arasında donuz saxlamaq üstündə kütləvi mübahisə baş verib.


Femida.az xəbər verir ki, bu barədə space tv-də Amil Xəlililin təqdimatında yayımlanan "Olar-olmaz" proqramında video yayımlanıb. Məlumata görə, Binəqədi rayonu,Fin evləri deyilən ərazidə yaşayan Andrey adlı vətəndaşın həyətində donuz ferması yaratması qonşuların narazılığına səbəb olub.Qonşular bildirib ki, donuzun qoxusu onların yaşamasına, həyətə çıxmasına ciddi maneə yaradır. Sakinlər bununla bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, tədbir görülməyib. Çəkiliş zamanı qonşular arasında mübahisə yaranıb. Həmin videonu təqdim edirik:




Miri Məcidli
Femida.az

Açar sözlər: #DAVA   #video   #Bakı  

Oxunub: 1476