İki günün cinayət statistikası - 42 nəfər saxlanılıb


12:32     15 İyul 2019 ogrular-hebs5.jpg

2019-cu ilin iyul ayının 13-dən 15-dək respublikanın daxili işlər orqanları tərəfindən, törədilən 37 cinayətin üstü “isti izlər”lə açılıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 344