Anasını öldürdü, ayaqyolunda basdırdı - Yevlaxda faciə


21:00     06 Noyabr 2015 4570195700da1b21c70f03b79f97f381.jpg

Yevlax rayonunun Aşağı Bucaq kəndində anasını öldürüb, ayaqyolunda basdıran şəxs saxlanılıb.


Rayon Polis Şöbəsindən verilən məlumata görə, sentyabr ayında Mingəçevir sakini, 37 yaşlı Musa Nəsirovun anası Ofeliya Abdullayevanı ailə münaqişəsi zəminində qətlə yetirdiyi üzə çıxıb.

Üç gün əvvəl M. Nəsirovun döydüyü həyat yoldaşı Ülkər Nəsirova iki övladı ilə birlikdə Yevlax rayon Polis Şöbəsinə ərindən şikayət edib. Qadın şikayət ərizəsində qayınanasının iki ay əvvəl itkin düşdüyünü, onun şəxsiyyət vəsiqəsi ilə pensiya kartının isə M. Nəsirovda olduğunu bildirib.

Polis şikayətlə bağlı araşdırma apararkən məlum olub ki, M. Nəsirov anasını öldürdükdən sonra həyətdəki köhnə tualet quyusunda basdırıb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Ofeliya Abdullayeva birinci əri öldükdən sonra azyaşlı uşaqlarını qoyub başqasına qoşularaq rayondan gedib. İllər sonra ikinci əri də ölən qadın payına düşən mirasını götürərək 2015-ci ilin avqust ayında birinci ərindən olan oğlunun evinə köçüb.

O. Abdullayevanın 10 uşağı var. Onun yoxa çıxması barədə yaxınları polisə heç bir məlumat verməyib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1540