Ana türmədəki oğluna ülgüclü bıçaq keçirmək istədi - Azərbaycanda ŞOK
13:02 15 İyul 2019
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə və Şəki Penitensiar Müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29.234.4.3-cü maddəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən məhkum Bədəlov Əhməd Ramiz oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Bədəlov Ramiz Xadmetulla oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan “Head & Shoulders” markalı saç şampununun içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd bükülüdə 0,923 qram marixuana və 0,728 qram heroin aşkar edilib.
Cinayət Məcəlləsinin 170.3.2; 308.1; 66.3; 66.4 və 45-ci maddələrinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Əliyev Nəsimi Vaqif oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Şəki şəhər sakini Əliyeva Sabirə Allahyar qızının üzərinə və əşyalarına baxış keçirilən zaman ayağına yapışdıraraq gizlədilmiş 1 ədəd ülgüclü bıçaq aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 310
Oxşar xəbərlər
- Anasını döyərək öldürən şəxsin məhkəməsi başlayır
- ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
- Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək
- Ana və övladlarının qətlinin daha bir təfərrüatı: Qatilin apardığı pulla ev alacaqlarmış
- ANAMA-nın Aparat rəhbəri işdən ayrılıb, yeni vəzifəyə təyin olunub
- ANAMA mina təhlükəsi olan kəndlərdə İcma Komitələri yaradıb
- ANAMA daha 30 minaaxtaran it alacaq
- Ana həbsdəki oğluna narkotik gətirib
- ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb
- Ana sevgilisi ilə birləşib oğlunu qətlə yetirdi