Psixiatriya xəstəxanasında müalicə olunan gənc özünü asdı


14:00     15 İyul 2019 oglan%20intihar0.jpg


Bakıda psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib.


Femida.az-ın məlumatına görə, hadisə Səhiyyə Nazirliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydə alınıb.

Orada müalicə olunan Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənov özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #intihar  

Oxunub: 705