Bakıda beşmərtəbəli binada yanğın - 2 nəfər xəsarət alıb


14:46     15 İyul 2019 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 2 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 299