Bakı-Batumi aviareyslərinin sayı artırılır


15:37     15 İyul 2019 2019/07/535d2c5af5ef7e4_1563190730.jpg

"Buta Airways" aviaşirkəti Bakı-Batumi istiqamətində aviareyslərin sayını artırır.



Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin yaydığı məlumata görə, bu ilin iyulun 17-dən sentyabr ayının 18-dək müvafiq istiqamətlərdə müntəzəm uçuşların sayı artırılacaq. Uçuşlar "Embraer E190", "Airbus 319" və "Airbus 320" tipli təyyarələrlə həyata keçiriləcək.

Qeyd edək ki, Bakıdan Batumi istiqamətində müntəzəm uçuşlara bu ilin iyunun 14-dən etibarən başlanılıb. Hazırda uçuşlar həftədə iki dəfə yerinə yetirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 449