Bakı polisi: "Azərbaycan Xalq Hərəkatının ofisində axtarış aparılmayıb"
18:12 15 İyul 2019
“Azərbaycan Xalq Hərəkatının mərkəzi qərargahına basqın edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Bu barədə Femida.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, dəqiqləşdirilmədən yayılan məlumatda iddia olunduğu kimi, polis əməkdaşları tərəfindən ofisdə hər hansı axtarış
aparılmayıb, ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb.
Məlumatda qeyd edilir ki, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi tərəfindən mülkiyyət hüququ etibarnamə əsasında Binəqədi rayon sakini 1982 –ci il təvüllüdlü Hüseyn Əliyevə verilməklə, o da əmlakı Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinın adına rəsmiləşdirməklə “ANTV.AZ” internet kanalına icarəyə verib. Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan H.Əliyev, bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə, icazəsiz yığıncaq keçirdiyini öyrənərək, oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib. Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan H.Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb.
Bu barədə H.Əliyev polis müraciət edib. Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmalar aparılır.
Femida.az
Oxunub: 403
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb