"Öz ixtisasını yaxşı bilməyən müəllimlər var" - Nazir müavini


18:23     15 İyul 2019 19_07_15_1563197530.jpg


“Təəssüf ki, bu gün təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar çalışır”.


Femida.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

O xatırladıb ki, 2014-cü ildən müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılır: “Bu qiymətləndirmə ilk dəfə idi keçirilirdi və məqsəd də o idi ki, hazırda təhsil sistemində çalışan işçilərin ixtisas bilikləri və metodikanı bilmə səviyyələri müəyyənləşdirilsin. Qiymətlədirmə nəticəsində məlum oldu ki, bu gün təhsil sahəsində elə insanlar çalışır ki, onlar heç öz ixtisas fənlərini kifayət qədər yaxşı bilmirlər. Bu da təəssüf doğurur. Bu gün də təhsil sistemində çalışanlar arasında öz ixtisas fənlərini yaxşı bilməyən müəllimlər var. Düzdür, onların sayı çox deyil”. / Report

Femida.az

Açar sözlər: #müəllim  

Oxunub: 399