Dənizə düşən 17 yaşlı qız xilas edildi


18:41     15 İyul 2019 big_1404314237_bogulma.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Sumqayıtdakı Dənizkənarı Bulvarın qeyri-çimərlik ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.


FHN-dən Femida.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dərhal hadisə yerinə cəlb olunan müvafiq qüvvələri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Onun 2002-ci il təvəllüdlü Günəş Umudova olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 448