Məhkəmə bu kriminal avtoritetlə bağlı qərar verdi
17:40 15 İyul 2019
Azərbaycanlı “qanuni oğru”nun Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla birgə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun barəsindəki hökmdən apelyasiya şikayəti və prokurorluq tərəfindən verilən protest üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az-ın APA-ya istinadən məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, K. Əmirov, İ. İbrahimov və R. Kərimov barəsində prokurorluğun verdiyi protest təmin edilib. K. Əmirov, İ. İbrahimov və R. Kərimovun hər birinin cəzası daha 6 ay uzadılıb. Rüfət Əmirovun isə cəzası dəyişdirilmədən saxlanılıb. O, cəzası başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd), 234-cü (qanunsuz narkotik saxlama), 228-ci (qanunsuz silah gəzdirmə), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Əmirov, İ.İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Əmirova ittiham olunduğu Cinayət Məcəlləsinin 29.144-cü maddəsi ilə bəraət verilib.
Xatırladaq ki, Əmirov qardaşları azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun yaxın adamları hesab olunur.
Femida.az
Oxunub: 512
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib