Keçmiş məhkum yenidən cinayət törətdi


17:56     15 İyul 2019 terror%20hebs.jpg

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də paytaxt sakini M.Ramazanovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan V.Dəmirçiyev saxlanılıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun aprelin 22-dən iyunun 26-dək olan müddətdə 2 avtomobildən pul və sənəd, habelə N.Yusifliyə məxsus velosipedi oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 376