Gürcüstan Sərhəd Polisindən Keşikçi Dağ açıqlaması
19:18 15 İyul 2019
Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze Keşikçi Dağı Məbəd-Kompleksində baş verən insidentə aydınlıq gətirib.
O, jurnalistlərə azərbaycanlı sərhədçilərin məbəddən ikonaları götürməsinin səbəbini açıqlayıb.
Gürcüstan rəsmisi deyib ki, Azərbaycan tərəfi ikonaları onların zədələnməməsi üçün məbəddən götürüb: “Gürcüstan və Azərbaycan tərəfləri arasında keçirilən görüşdən sonra məlum oldu ki, azərbaycanlı sərhədçilər məbədin divarlarındakı ikonaları onları mühafizə etmək məqsədilə götürüb. Onlar bildirdilər ki, hava şəraiti pisləşdiyindən külək və yağış ikonalara zərər vura bilərdi. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər”.
T.Kupatadze azərbaycanlı sərhədçilərin məbəddən ayaqyolu kimi istifadə etməsi barədə yayılan məlumatları təkzib edib: "Zəvvarlar və turistlər məbəd ərazisini zibilləyirlər. Məbəd ərazisində Azərbaycan tərəfi təmizlik işləri aparıb". (Report)
Oxunub: 623
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstan buğda ixracına qadağa qoyur
- Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstana 10 kiloqramdan artıq heroinlə qanunsuz daxil olan Azərbaycan vətəndaşları saxlanılıb
- Gürcüstan Prezidenti ABŞ-a gedib