Qaradağda məişət və təkər tullantıları ticarət mərkəzindən aralıda yanıb - RƏSMİ
19:21 15 İyul 2019
Bu gün saat 17:10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) müşahidə kameraları tərəfindən “Binə” ticarət mərkəzindən aralıda, dağlıq ərazidəki 100 m2 sahədə məişət və təkər tullantılarının yanması qeydə alınıb.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, əraziyə yanğından mühafizə bölmələri cəlb olunub.
Qeyd olunub ki, yanğın saat 17:50-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Fövqəladə Hallar Nazirliyi olaraq kütləvi informasiya vasitələrindən xahiş edirik ki, dəqiqləşdirilməmiş məlumatları yaymasınlar”, - Nazirlikdən bildirilib.
Qeyd edək ki, bir sıra mətbuat orqanında Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə"-“Elit” Ticarət Mərkəzində yanğının baş verməsi ilə bağlı xəbər yayılıb.
Oxunub: 358
Oxşar xəbərlər
- Qaradağda avtomobil yolu keçən kişini vurub
- Qaradağda yanğın, 5 nəfər təxliyə olunub
- Qaradağda 27 yaşlı gənci öldürən şəxs həbs edilib
- Qaradağda top mərmisi tapılıb (FOTO)
- Qaradağda zəncirvarı qəzada bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - RƏSMİ
- Qaradağda yük maşını dərəyə aşıb, ölən var
- Qaradağda avtomobil aşıb, xəsarət alan var
- Qaradağda "Aşura" mərasiminin təşkilatçı həbs edildi
- Qaradağda oğurluq edən kişi və qadın saxlanıldı
- Qaradağda "Mercedes" yandı