Gürcüstanda DİN əməkdaşı saxlanılıb
19:42 15 İyul 2019
Tbilisidə iyunun 20 və 21-də baş verən hadisələrlə əlaqədar olaraq, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) bir əməkdaşı saxlanılıb.
Bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı ayrı-ayrı iştirakçılara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verib. Polis əməkdaşı inzibati qayda pozuntusuna görə saxlanılan aksiya iştirakçısına qarşı fiziki zorakılıq tətbiq edib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Oxunub: 314
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq
- Gürcüstanda azərbaycanlıların toyundan sonra qarşıdurma olub, xəsarət alanlar var