615 min dollarlıq dələduzluqda təqsirləndirilən qadının məhkəməsidir


19:50     15 İyul 2019 1398947325_mehkeme.jpg

615 min dollarlıq dələduzluqda təqsirli bilinən Gülarə Əliyeva barəsindəki hökmdən apelyasiya şikayəti verib.

Femida.az -ın xəbərinə görə Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki, Gülarə Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.

Məlumata görə, zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun ailə sürücüsü olub.

Açar sözlər:

Oxunub: 443


Oxşar xəbərlər