Şəkidə xəsarət alanlardan biri öldü


21:19     15 İyul 2019 2019/07/A2100B64-FA18-425C-A3C2-0F33AF92C36C_1563211342.jpeg

Şəkidə baş verən bədbəxt hadisə nəticəsində xəsarət alanlardan biri vəfat edib.

Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, Xatirə Ağamalıyeva xəstəxanaya sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok diaqnozu ilə yerləşdirilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 767