Ölkədə maqnit qasırğası var?
21:54 15 İyul 2019
Ötən gün Günəş fəallığı çox aşağı səviyyədə olub.
Bu barədə Femida.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Məlumata görə, Günəş diski ləkəsiz olub. Həmin dövrdə elektron seli normal səviyyədə olub. Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 440 km/san olub. Ümumi maqnit sahəsi 3-5 nT intervalında qeydə alınıb.
Bildirilir ki, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olub.
Növbəti günlər üçün (15 - 17 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
Proqnoz dövründə 15 iyul günorta radələrində Günəş küləyi parametrlərinin mənfi qütblü effektinin geoeffektiv təsiri hesabına güclənəcəyi proqnozlaşdırılır.
Proqnozlara görə, maqnit qasırğasının yaranması ehtimalı 15 və 16 iyulda 10%-dən, 17 iyulda isə 5%-dən aşağı qiymətləndirilir.
Femida.az
Oxunub: 351
Oxşar xəbərlər
- Ölkədə yağış və qar yağıb
- Ölkədə peyvəndləmə prosesi davam etdiriləcək
- Ölkədə peyvənd olunanların SAYI AÇIQLANDI
- Ölkədə ən gəlirli işlərdə maaşlar belədir - Statistika
- Ölkədə bugünkü yoluxma sayı açıqlandı
- Ölkədə əhalinin sayı açıqlanıb
- Ölkədə koronavirusa yoluxma fevral ayından artır-TƏBİB
- Ölkədə nikah və boşanmaların sayı açıqlanıb
- Ölkədə qrip əleyhinə vaksinasiya başlayır
- Ölkədə aparılan testlərin sayı 942 mini keçdi