Sabirabad bazarı yanıb - 15 yanğınsöndürən hadisə yerində


09:17     16 İyul 2019 19_07_16_1563254311.jpg


Bu gün səhər saatlarında Sabirabad şəhərinin İlham İsgəndərov küçəsində yerləşən Mərkəzi bazarda yanğın baş verib.


Hadisə şahidlərinin sözlərinə görə, yanğın "Əmin" market ticarət obyektindən başlayıb.

Alov gücləndikcə əhatə dairəsi daha da genişlənib. Hadisə yerinə FHN-in 15-ə yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilib və yanğın söndürülüb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlərin birgə mübarizəsi nəticəsində alov lokallaşdırılıb və yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Lakin buna baxmayaraq, ümumi sahəsi 1000 kvadratmetr sahədən artıq olan iki böyük və iki kiçik ticarət obyekti yanaraq yararsız hala düşüb. Sahibkarlara xeyli miqdarda ziyan dəyib. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil.

Femida.az

Açar sözlər: #Sabirabad   #yanğın   #FHN  

Oxunub: 1349