9 nəfərin öldüyü təyyarə qəzasının görüntüləri yayıldı - Qəza anı (VİDEO)
09:33 16 İyul 2019
İsveçin Umeo şəhəri yaxınlığında yerləşən Vasterbotten əyalətində, göyərtəsində 9 nəfər olan təyyarə qəzaya uğrayıb.
Femida.az İsveç KİV-lərinə istinadla xəbər verir ki, bazar günü gündüz saatlarında baş verən qəzada kiçik idman təyyarəsinin bütün sərnişinləri həlak olub.
Hazırda baş vermiş qəzanın səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. İlkin məlumata əsasən, qəza “GippsAero GA8 Airvan” modelli təyyarənin havaya qalxması zamanı baş verib. Təyyarənin Umea hava limanına yaxın bir adaya düşdüyü də bildirilir.
Qeyd edək ki, İsveç polisinin yaydığı məlumata əsasən, təyyarənin göyərtəsində olan insanlar paraşütizm ilə məşğul olub.
Qeyd edək ki, baş verənlər həvəskar kamera ilə lentə alınıb.
Femida.az
Oxunub: 713
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- 9-cu sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılıb
- 9 yaşlı uşaq kanalda boğuldu
- 9 il bağlı qalan şok cinayət - Kişinin qatili öz arvadı çıxdı
- 96 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi
- 9 illik bazadan kolleclərə qəbul qaydaları dəyişib
- 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub
- 900-ə yaxın erməni hərbçisinin meyiti tapılıb
- 9 ay ərzində 103 şəxs Azərbaycana readmissiya edilib
- 9 illik bazadan kolleclərə ixtisas seçimi başa çatıb