Keçmiş MTN generalının məhkəməsi başladı


09:46     16 İyul 2019 19_07_16_1563256007.jpg


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 24-ə təyin edilib.

Qeyd edək ki, Ə.Əsədullayev MTN ləğv olunandan sonra sərəncama götürülüb. General ötən il həbs edilib və ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da əlavə edək ki, bundan əvvəl Ə.Əsədullayevin adı “MTN işi”ndə şahid qismində keçib. / APA

Femida.az

Açar sözlər: #MTN  

Oxunub: 210