Azərbaycan avtomobil idxalını 2 dəfəyə yaxın artırıb


11:35     16 İyul 2019 avtomobil6.jpg

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 1

8 740 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Femida.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 95% və yaxud, təxminən, 2 dəfə çoxdur.

Son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 68,3% artaraq 101 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2 dəfə artaraq 16 965 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 62,9% artaraq 1 593 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 24,6% artaraq 81 ədəd olub.

Femida.az

Açar sözlər:

Oxunub: 243