Bakıda 33 yaşlı kişi itkin düşüb


11:44     16 İyul 2019 itkin%20düşüb.jpg

Bakıda 33 yaşlı şəxs itkin düşüb.


Femida.az-ın məlumatına görə, iyulun 13-də Binəqədi rayonu, Biləcəri qəsəbə sakini Rəqsanə İsbatova 6-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, oğlu, 1986-cı il təvəllüdlü Natiq İsbatov iyulun 12-də saat 16:00 radələrində yaşadığı ünvandan su nasosunu düzəltdirmək adı ilə çıxıb və bir daha evə qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 296