Şəkidə bədbəxt hadisədə ölən qadın müəllimə imiş - FOTO
11:45 16 İyul 2019
Təhsil Nazirliyi Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarətlər alaraq dünyasını dəyişən Xatirə Ağamalıyevanın ailəsinə başsağlığı verib.
Femida.az Trend-ə istinadən xəbər verir ki, dünyasını dəyişən qadın Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi olub. Nazirliyin rəsmi səhifəsində deyilir:
"Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Təhsil Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib".
Qeyd edək ki, Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alanlardan 1 nəfər dünyasını dəyişib. Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki MRX-da vəfat edib.
Femida.az
Oxunub: 1962
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb
- Şəkidə yaşayış evi yanıb, 60 yaşlı kişi ölüb
- Şəkidə avtomobil aşıb, xəsarət alanlar var
- Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb