Şəkidə xəsarət alanların SON DURUMU


13:06     16 İyul 2019 xestexana9.jpg

Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti barədə məlumat açıqlanıb.



Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Rəsmi məlumata görə, Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.

Xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, iyulun 15-də Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Femida.az

Açar sözlər:

Oxunub: 424