Rusiyanın Ermənistandakı bazası cərimələnib


14:23     16 İyul 2019 2019/07/7cb24af5-2911-49ab-8b97-9da2bade3f6e_1563272662.jpg

Ermənistan Dövlət Gəlirlər Komitəsi Rusiyanın Gümrüdəki hərbi bazasını cərimələyib.


Məlumatı “Yerevan.today” yayıb.

Məlumata görə, hərbi bazanın ərazisindəki dükan alış-veriş zamanı alıcıya kassa qəbzi təqdim etməyib. Bildirilib ki, komitənin iyulun 9-da qəbul etdiyi qərara əsasən, bu mağazanın fəaliyyəti 5 gün müddətinə cari il sentyabrın 19-dan 23-dək dayandırılacaq. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 409