Ombudsman: “Ölkədə boşanmaların sayı kritik vəziyyət alır”


15:08     16 İyul 2019 19_07_16_1563275365.jpg

“Aliment Fondunun yaradılması haqqında Milli Məclisə müraciət etmişəm, bu məsələ bir neçə dəfə illik məruzəmə də daxil edilib”.


Bu barədə APA-nın Gəncə bürosuna Ombudsman Elmira Süleymanova bildirib.

Onun sözlərinə görə, Aliment Fondunun yaradılması zəruridir: “Çünki ölkədə boşanmaların sayı kritik vəziyyət alır. Aliment Fondu Dövlət Sosial Müdafiə Fondu kimi bir fond olacaq. Boşanan insanlar məhkəmə qərarından sonra bu fonda müraciət edərək aliment pulunu ala biləcəklər. Sonra isə dövlət həmin borcludan məcburi qaydada müəyyən bir prosedurla bu vəsaiti alacaq. Ümid edirik ki, Aliment Fondunun yaradılması öz müsbət həllini tapacaq”.

Açar sözlər:

Oxunub: 493