Səyyar "ASAN xidmət" davam edir
15:24 16 İyul 2019
Səyyar ASAN xidmət 1 – 30 iyul Salyan, Gədəbəy, Qusar, Lerik, Şamaxı, Lənkəran və Biləsuvarda, 10 - 29 iyul Mərdəkanda, 11 – 30 iyul Tərtər və Oğuzda, 19 - 30 iyul Xızıda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri
Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması
barədə çıxarışların, texniki pasportların verilməsi;
-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına
alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
"Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər
Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin
vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün
əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Femida.az
Oxunub: 492
Oxşar xəbərlər
- Səyyar ASAN xidmət davam edir
- Səyyar "ASAN xidmət"ə 2 milyonuncu müraciət qeydə alınıb
- Səyyar gübrə satışından 2295 fermer yararlanıb
- Səyyar ASAN Kommunal davam edir
- Səyyar ASAN xidmət davam edir
- Səyyar “ASAN xidmət” davam edir
- Səyyar “ASAN Kommunal” Xırdalan və Maştağada
- Səyyar ASAN Kommunal Qobuda
- Səyyar ASAN xidmət davam edir
- Səyyar ASAN xidmət davam edir