Şəmkirdə istixana yanıb


16:10     16 İyul 2019 publika.az1394679445nalbur-yangin.jpg

Şəmkir rayonunun Yeni Həyat kəndində ümumi sahəsi 50 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində taxta taralar və ümumi sahəsi 0,5 ha olan istixananın polietilen örtüyü 20 m² sahədə yanıb.
Femida.az FHN-in saytına istinadən xəbər verir ki, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 280