Rusiyada Avropanın ən böyük almazı aşkar olunub
18:14 16 İyul 2019
Rusiyanın Arxangelsk vilayətinin Mezensk rayonundakı mədəndə çəkisi 222,09 karat olan almaz aşkar olunub.
Femida.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu qiymətli daş Avropanın ən böyük almazıdır.
Qeyd olunub ki, bu vaxtadək V.Qrib adına mədəndə aşkar olunan ən böyük almaz 181,68 karat olub. Onu “Arxangel Mixail” adlandırıblar. Yeni almaza da ad veriləcəyi bildirilir. Bundan başqa, iyulun 13-də həmin mədəndə nadir limon rəngində və yüksək zərgərlik dəyəri olan 47,61 karatlıq almaq da çıxarılıb. İyulun 8-də isə qiymətli və çəkisi 81,02 karat olan daha bir iri almaz tapılıb.
TASS agentliyinin məlumatında bildirilir ki, çıxarılan almazların hamısı satışa çıxarılacaq. Onlar dünya bazarında satılacaq, əsas alıcılar isə İsrail və Belçika kimi dövlətlərdir. Almaz bazarı Niderlandın Antverpen şəhərində yerləşir.
V.Qrib adına mədən dünyanın ən iri almaz yataqlarından biridir. O, qiymətli daş ehtiyatlarına görə Rusiyada dördüncü, dünyada isə yeddinci yeri tutur.
Oxunub: 341
Oxşar xəbərlər
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiyada 82 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Rusiyada beş nəfər avtomobildə yanaraq ölüb
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb
- Rusiyada "An-2" təyyarəsi radardan itib
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb