Gülnarənin “Çayxana”da 1,5 milyonluq üzüyü oğurlandı


16:23     16 İyul 2019 19_07_16_1563279854.jpg

“Miss Azərbaycan 2010” gözəllik müsabiqəsinin qalibi Gülnarə Əlimuradova Rusiyada oğurluq hadisəsi ilə üzləşib.


“Qafqazinfo” xəbər verir ki, o, nişan üzüyünün oğurlanması ilə bağlı polisə müraciət edib. Bu barədə “Moskva” şəhər xəbərləri agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“İyulun 15-də polisə 29 yaşlı G. Alimuradova müraciət edərək Moskvadakı “Çayxana №1” restoranında üzüyünün oğurlandığını bildirib. Zərərçəkmiş şəxsin sözlərinə görə, o, tualetdə 1,5 milyon rubl dəyərində üzüyünü yaddan çıxararaq qoyub, geri qayıdanda isə onu yerində tapmayıb”, -deyə mənbə bildirib.

Mənbə əlavə edib ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Gülnarə Əlimuradova 2010-cu ildə “Miss Azərbaycan” gözəllik müsabiqəsində qalib olub. Belə ki, münsiflər heyətinin 12 üzvündən 7-si onu dəstəkləyib. O, Bülbül adına Musiqi Məktəbinin məzunudur, daha sonra skripka sinfi üzrə Bakı Musiqi Akademiyasında ali təhsil alıb.

Açar sözlər:

Oxunub: 832


Oxşar xəbərlər