“Coca-Cola” sahibkarı məhkəməyə verdi


16:33     16 İyul 2019 19_07_16_1563280427.jpg

Azərbaycanda tanınmış şirkət sahibkarı məhkəməyə verib.


Femida.az xəbər verir ki, iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Azərbaycan Coca-Cola Bottlers Limited” MMC sahibkar Gündüz Əliyev barəsində tələb irəli sürüb.

İddia tələbində qeyd edilib ki, tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən, əvəzsiz istifadəyə verilmiş soyuducunun dəyərinin iki misli həcmində, yəni 4000 manat, digər müqaviləyə görə, 691 manat cavabdehdən tutulmalıdır.

Məhkəmə iddianı təmin edib və 691 manat, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh G.Əliyevdən tutularaq iddiaçı “Azərbaycan Coca-Cola Bottlers Limited” MMC-yə ödənilməsi barədə qərar çıxarıb.

Açar sözlər:

Oxunub: 491