Bu gecə ay tutulması olacaq - VİDEO


16:52     16 İyul 2019 2019/07/16-temmuz-parcali-ay-tutulmasi-canli-yayini-izle_1563281735.jpg

Təbiət hadisəsi yerli vaxtla saat 01:37-də müşahidə ediləcək


Bu gün yəni iyulun 16-dan 17-nə keçən gecə yerli vaxtla saat 01:37də ay tutulması baş verəcək. Tutulmanın müddəti təxminən 3 saat davam edəcək. Məlumatı bizə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətayi verdi.



Ədalət Ətayinin sözlərinə görə ay tutulmasının insanlara təsiri olmayacaq, lakin su hövzələrində bəzi dəyişiklərə səbəb olacaq.



Qeyd edək ki, bundan öncə iyul ayının 2-də günəş tutulması baş vermişdi. Günəş tutulması zamanı yer, ay və günəş bir düz xətt üzərində olur. Yəni ay yerlə günəş arasında olarkən ayın kölgəsi yerin səthinə düşür və bu zaman günəş tutulması baş verir.



Məlumat üçün bildirək ki, ayın yer ətrafında tam dövrəsi 29.5 gün olur. 15 gün ərzində ay yarım dövrə vuraraq yerin əks tərəfinə keçir və nəticədə yerin kölgəsi ayın üzərinə düşür və bununla da ay tutulması baş verir. Günəş tutulmasından 15 gün sonra adətən ay tutulması gözlənilir.


Ay tutulmasını yerdən adi gözlə müşahidə etmək mümkün olacaq.

Açar sözlər:

Oxunub: 2379