Zakir Qaralov Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib
17:15 16 İyul 2019
Baş prokuror Zakir Qaralov Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Dr.Valid bin Mohammad Al-Samaaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baş prokurorluqdan Femida.az-a verilən xəbərə görə, Z. Qaralov ölkələrimiz arasındakı dostluq və səmərəli əməkdaşlıq münasibətləri haqqında danışıb, ikitərəfli əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun rolunu xüsusilə vurğulayıb.
Z. Qaralov əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsinə yönəlmiş sosial-iqtisadi tədbirlər, eləcə də məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, ölkədə mövcud olan ictimai sabitlik, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər haqqında söhbət aıb. Bu işdə həm əhali, həm beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan “ASAN Xidmət” Mərkəzlərinin fəaliyyətini xüsusi qeyd edib.
Daha sonra Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Zakir Qaralov bu məsələdə Azərbaycanın haqlı mövqeyinə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Nazir Dr. Valid bin Mohammad Al-Samaani ölkələrimizin hüquq mühafizə orqanları arasında mövcud olan sıx əlaqələrdən məmnunluq ifadə edərək, iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq Proqramının əhəmiyyətindən və hüquq sahəsində fəaliyyət göstərən peşəkarlar üçün ixtisasartırma və təcrübə mübadiləsinin perspektivlərindən danışıb.
Baş prokuror prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqı, dövlət ittihamının müdafiəsi və qanunların icrasına nəzarət işinin həyata keçirilməsinin xüsusiyyətlərini qonaqların nəzərinə çatdırıb.
Oxunub: 447
Oxşar xəbərlər
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib
- Zakir Həsənov NATO rəsmilərini sərhəddəki vəziyyət barədə məlumatlandırıb
- Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
- Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb