Azərbaycan kimya məhsullarının ixracını kəskin artırıb


17:21     16 İyul 2019 19_07_16_1563282614.jpg

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 210,06 min tona yaxın kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.

Femida.az -ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkədən ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 45,65 mln. ABŞ dollarından çox olub ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 48,6%-lik artım deməkdir.

Qeyd edək ki, yanvar-iyunda kimya sənayesi məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,46% təşkil edib.

Açar sözlər:

Oxunub: 249