Bərdədə 71 yaşlı kişi əməliyyatdan sonra ölüb


20:28     16 İyul 2019 meyit.jpg

Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib.

Rayonun Qazqurdalı kənd sakini, 1948-ci il təvəllüdlü Surxay Qəşəm oğlu Mirzəyev qarın boşluğunda yaranan küt ağrı səbəbindən Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib və dərhal əməliyyata alınıb. Lakin 71 yaşlı kişi əməliyyat olunduqdan bir saat dünyasını dəyişib.

Yaxınları onun ölümünə səbəb olaraq həkim səhlənkarlığını göstərirlər.

S.Mirzəyevin meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 364