Daha 3 PKK terrorçusu məhv edildi


22:19     16 İyul 2019 PKK.jpg

Türkiyədə daxili təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən əməliyyatlar davam edir.

Femida.az xəbər verir ki, bu çərçivədə baş tutan əməliyyatların birində daha 3 PKK terrorçusu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Diyarbəkir vilayətinin Kulp rayonunda qırıcıların da dəstək verdiyi əməliyyatda 3 terrorçu silahları ilə birlikdə məhv edilib. Hazırda bölgədə əməliyyatlar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 299