Azərbaycan əhalisinin sayı açıqlanıb
09:12 17 İyul 2019
Dövlət Statistika Komitəsi iyunun 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayını açıqlayıb.
Femida.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-may aylarında ölkə əhalisinin sayı 31 676 nəfər və ya 0,3% artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10 013 133 nəfərə çatıb. Əhalinin 52,8%-ni şəhər, 47,2%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, BMT-nin proqnozlarına görə, 2019-cu ilin sonunda Azərbaycanda əhalinin sayı 10 047 718, 2020-ci ildə isə 10 139 770 nəfərə çatacaq.
Xatırladaq ki, bu ilin aprelin 6-da Azərbaycan əhalisinin sayı 10 milyona çatıb.
Oxunub: 276
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)