Avtovağzalda 5 yaşlı uşağa tam bilet satılıb


10:02     17 İyul 2019 19_07_17_1563343401.jpg

Bakı Beynəlxalq Avtovağzalı Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.



Femida.az xəbər verir ki, Qurumun mətbuat katibi Pərvin Məmmədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sərnişinə tam bilet satan kassirlə bağlı ciddi ölçü götürülüb. Sərnişindən ödədiyi artıq məbləği gəlib geri götürməsi xahiş edilib.

“Əgər şikayət varsa və sərnişin haqlıdırsa, o məsələnin həllinə maksimum çalışırıq”, - deyə Məmmədova əlavə edib.

Açar sözlər:

Oxunub: 400