16 otaqlı evdə yanğın olub


10:10     17 İyul 2019 2018/11/yangin-ev-ikimertebeli_1541607013.jpg

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 1400 m² olan dördmərtəbəli 16 otaqlı evin 4-cü mərtəbəsində texniki otaqda su qızdırıcısı, elektrik lövhəsi, işıq generatoru və lambirindən ibarət tavan 5 m² sahədə yanıb.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 286