Bu şəxslərə 4 milyon manatdan çox subsidiya veriləcək
10:26 17 İyul 2019
Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.
Femida.az nazirliyiə istinadən xəbər verir ki, iclasda ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədi ilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər.
İştirakçılar 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxıb. Respublika Komissiyası 1 927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşqul olan 19 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 533 arı ailəsinə (pətəyə) görə 4 265 330 manat subsidiya ödənilməsini qərara alıb.
Müraciətlərin və müvafiq sənədlərin Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul olunub.
Femida.az
Oxunub: 328
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir