Ölmüş heyvanı kəsib satmaq istədilər - Şəmkirdə


10:40     17 İyul 2019 2019/07/01-(1-1563345199_1563345718.jpg

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, növbəti belə tədbir iyulun 17-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Şəmkir rayonunda keçirilib.

Sabirkənd kənd sakini Y.Sadıqovanın yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan yaxın qohumu E.Sadıqova məxsus öldükdən bir müddət sonra kəsilmiş, 210 kiloqram çəkidə inək əti aşkar edilərək götürülmüşdür.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 443