İki yük maşını toqquşdu - Daşlar yola töküldü


10:46     17 İyul 2019 2019/07/qeza11-(1)_1563346046.jpg

Bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralında baş verən qəza yolda hərəkəti iflic edib.



Femida.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, səhər saat 05 radələrində Kürdəmir rayonu ərazisində iki yük maşını toqquşub.

Nəticədə hər iki avtomobil aşıb, daşlar yola dağılıb. Bunun nəticəsində bir müddət yol bağlı qalıb.

Sürücülər xəsarət alsa da, ölüm faktı qeydə alınmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 312