Milli Qoruqlarla bağlı yeni qaydalar
10:54 17 İyul 2019
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.
Femida.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Mərkəzin Nizamnaməsi “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə təsdiq edilib.
Bu qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Qeyd edək ki, Mərkəz Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
Femida.az
Oxunub: 430
Oxşar xəbərlər
- Azərbaycanda bir sıra qoruqlarda tədbirlər keçiriləcək
- Şəki və Lahıc qoruqlarında Respublika Günü münasibətilə tədbirlər keçiriləcək
- Azərbaycandakı qoruqlarda “Açıq qapı” günü keçirilib
- Beşbarmaq dağında qoruq yaradılır - SƏRƏNCAM
- Qoruqlara girişə məhdudiyyət tətbiq edilib
- Prezident sərəncam imzaladı - Yeni qoruqlar yaradıldı
- Qoruqların gəlirlərini müəyyən etmək olacaq
- Zaqatala-Balakəndə yeni qoruq yaradılacaq
- Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək
- “Yanardağ” qoruğunun rəhbəri dəyişdi