Qənirə Paşayeva fransalı nazirlə görüşdü
11:42 17 İyul 2019
Millət vəkili Qənirə Paşayeva Fransanın əmək naziri Muriel Penicaud, bu ölkənin fəal qadın lider və siyasətçilərindən olan sabiq naziri Najat Vallaud-Belkacem və Fransanın bir sıra fəal qadın təşkilat rəhbərləri ilə görüşüb.
Femida.az-ın xəbərinə görə, görüşlərdə Azərbaycan-Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafından danışılıb. Millət vəkili Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə və Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. O, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkün qadınlar barədə də danışıb.
Q. Paşayeva onlara Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.
Femida.az
Oxunub: 623
Oxşar xəbərlər
- Qənirə Paşayeva ermənilərin Özbəkistanda törətdiyi cinayətlərdən danışıb
- Qənirə Paşayeva çinli qadınlara Qarabağ həqiqətlərindən danışdı
- Qənirə Paşayeva İsveçrənin vitse-prezidenti ilə görüşdü
- Qənirə Paşayeva Qovlarda sakinlərlə görüşüb
- Qənirə Paşayeva AŞPA-nı Ermənistana qarşı səbirli davranmaqda qınayıb
- Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verdi
- Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini gündəmə gətirib
- Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb
- Qənirə bardan çıxarkən öldürülüb - Qətlin yeni TƏFƏRRÜATI
- Qənirə Paşayevanın əziyyət çəkdiyi xəstəlik açıqlandı