Dəhşətli qəzada ölən oğlan universitet tələbəsi imiş


11:53     17 İyul 2019 2019/07/kazim_1563350385.jpg

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olub.


Femida.az xəbər verir ki, rayonun Çaparlı kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Vəfadar oğlu Hüseynov baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində həlak olub.

Onun meyiti bu gün yaşadığı Çaparlı kəndinin qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, gecə saatlarında Şəmkir rayonunun Çaparlı kəndində ağır yol qəzası baş verib. Qəza nəticəsində 21 yaşlı Mərdənov Fərid Arzu oğlu və onun eyni yaşlı həmyerlisi Sadıqov Rəşad Zakir oğlu ağır xəsarət alıb.

Hər iki yaralı öncə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1564