Dəhşətli qəzada ölən oğlan universitet tələbəsi imiş
11:53 17 İyul 2019
Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olub.
Femida.az xəbər verir ki, rayonun Çaparlı kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Vəfadar oğlu Hüseynov baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində həlak olub.
Onun meyiti bu gün yaşadığı Çaparlı kəndinin qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, gecə saatlarında Şəmkir rayonunun Çaparlı kəndində ağır yol qəzası baş verib. Qəza nəticəsində 21 yaşlı Mərdənov Fərid Arzu oğlu və onun eyni yaşlı həmyerlisi Sadıqov Rəşad Zakir oğlu ağır xəsarət alıb.
Hər iki yaralı öncə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1565
Oxşar xəbərlər
- Dəhşətli virusun qorxunc nəticələri: İnsanlar küçədə yıxılıb ölürlər - VİDEO
- Dəhşətli qəza: Qadın "Kamaz"ın altında qaldı
- Dəhşətli qəza: Maşın məktəbliləri qrup halında vurdu +VİDEO
- Dəhşətli cinayətin görüntüsü yayıldı (VİDEO)
- Dəhşətli qəzadan görüntü:Qadın sürücü motosiklet qarışıq kişini əzdi-
- Dəhşətli qəzada ölən tələbənin görüntüləri yayıldı - Atası Ümrə ziyarətindədir (FOTO)
- Dəhşətli qəza: Qadın maşın qarışıq kanala düşdü +VİDEO
- Dəhşətli anlar kamerada! İki nəfər diri-diri yandı...+VİDEO
- Dəhşətli anlar! Traktorun altında qalıb öldü+VIDEO
- Dəhşətli anlar kamerada! Ac qurdlar itə hücum çəkdi